Son 8 ayda toxuculuq sənayesində 28 faiz azalma müşahidə olunub

12:00 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda dəri və dəri məmulatlarının, ayaqqabı istehsalı 14.6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, Azərbaycanda ayaqqabı istehsalı ötən ilin eyni ayları ilə müqayisədə 59.9% artıb.

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 325.1 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə geyim istehsalında 47.3 faiz artım, toxuculuq sənayesində isə 28 faiz azalma müşahidə olunub.

Müəllif: Elmir Murad

Other news