Təkcə avqust ayında Azərbaycan gündəlik 641 min barrel neft hasil edib

14:39 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. 2022-ci ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 641 min barrel olub.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bunun 554 min barrelini xam neft, 87 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 30-cu iclasında qəbul edilmiş qərar avqustda Azərbaycanda gündəlik xam neft hasilatının 717 min barrelə çatdırılmasını nəzərdə tuturdu.

Other news