Azərbaycanlı iş adamı dələduzluqda ittiham olunur - Şəriyinin pulunu mənimsəyib

17:26 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. Türkiyədə azərbaycanlı iş adamı barəsində dələduzluq maddəsilə cinayət işi başlanılıb.

ABC.AZ Lent.az-a istinadən bildirir ki, söhbət Azərbaycan əsilli rusiyalı iş adamı İskəndər Xəlilovdan gedir.

İddiaya görə, İ.Xəlilov ortağı olduğu turizm şirkəti “Desing Plus”u sahibi olduğu digər şirkət vasitəsilə 4 milyon lirə (təxminən 372 min 800 manat) aldadaraq, pulunu mənimsəyib.

Türkiyədə turizm sahəsinin qabaqcıl şirkətlərindən olan “Desing Plus”un sahibi Erdal Danyal bu ilin may ayında vəfat edib. Şirkətin səhmləri onun həyat yoldaşı Filiz və qızı Ayşe Danyallara qalıb.

Digər ortaq isə tanınmış iş adamı İskəndər Xəlilov olub. Xəlilov həm də “Mra Turism”in də təsisçisi və idarə heyətinin sədridir.

İddiaya əsasən, “Desing Plus”un “Mra Turism”dən 4 milyon lirə (təxminən 372 min 800 manat) alacağı olub. Pulunu geri almaq istəyən “Desing Plus”un nümayəndələri məhkəməyə üz tutub.

Qarşı tərəf isə məhkəməyə etiraz edərək, öz aralarında razılaşdıqlarını bildirib.

Other news