Mərkəzi Bank uçot dərəcəsi barədə açıqlama yaydı - Detallar

11:06 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.

ABC.AZ-ın məlumatına görə, pul siyasətinə həsr olunmuş ötən toplantıdan bəri faktiki inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik edilməyib.

Son aylar dünya ərzaq qiymətlərində və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərdə baş verən azalmanın zaman intervalı ilə təsirlərini də nəzərə almaqla ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozu qüvvədə qalır.

2023-cü ilə isə inflyasiya proqnozu azaldılıb. Monetar amillər inflyasiyaya azaldıcı təsir etməkdə davam edir.

Profisitli tədiyə balansı valyuta bazarında təklifin artmasına şərait yaradır. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alış yönlüdür.

Ötən iclasdan bəri manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə tempinin yüksəlməsi inflyasiyanın məhdudlaşdırıcı amillərindən olub.

Other news