Azərbaycanda bitki yağları bahalaşıb - Hesabat

10:42 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. 2022-ci ilin 8 ayı ərzində Azərbaycana 172 milyon 105 min dollar dəyərində 99 min 314 ton bitki mənşəli yağlar idxal edilib.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycana 140 min 673 min dollar dəyərində 101 min 988 ton bitki mənşəli yağlar idxal edilmişdi.

Beləliklə, bitki mənşəli yağların idxalı miqdar ifadəsilə 2 min 674 ton və ya 2,6% azalıb, dəyər ifadəsilə 31 milyon 432 min dollar və ya 22,3% artıb.

Yağların idxalının dəyər ifadəsilə daha yüksək nisbətdə artmaları onların bahalaşmaları ilə əlaqədardır. 

Kərə və bitki yağları idxalına görə 8 ayda Azərbaycandan 246 milyon 272 min dollar çıxarılıb.

Müəllif: Elmir Murad

Other news