Dünyada qəhvə ehtiyatları tükənir - Qiymətlər bahalaşa bilər

11:00 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. Dünyanın ən böyük qəhvə tədarükçüsü olan Braziliyada quraqlıq səbəbindən toxum ehtiyatları bu ilin yazına qədər tarixi minimuma çata bilər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, mart ayına qədər ölkədə qəhvə ehtiyatları 60 kq ağırlığında yeddi milyon kisəyə qədər azala bilər.

“Cecafe” ixrac qrupundan bildiriblər ki, hətta ehtiyatlar o qədər azalıb ki, gələn il yaxşı məhsul olsa belə, Braziliya, yəqin ki, tələbi qarşılamaq üçün çətinlik çəkəcək. Bizə sadəcə yağış lazımdır.

Other news