"AZAL" pilotu adam vurdu - Şərti cəza aldı

10:52 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. "Koroğlu” metrosunun yaxınlığında “Range Rover”lə piyadanı vurub öldürən sürücünün məhkəməsi keçirilib.

ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu il martın 16-na keçən gecə, Heydər Əliyev prospektinin metronun “Koroğlu” stansiyasının qarşısından keçən hissəsində qeydə alınıb. Sürücü idarə etdiyi “Range Rover Sport” markalı avtomobillə 51 yaşlı Mirzəyev Güloğlan İsmayıl oğlunu vurub.

Lüks avtomobilin sürücüsü, 1980-ci il təvəllüdlü Qəniyev Ruslan Ədiloviç Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib. Bakının Nizami Rayon Məhkəməsində ona 1 il sınaq müddəti təyin edilməklə şərti cəza təyin edilib.

Araşdırmalar zamanı məlum olub ki, qəzanı törədən sürücü Azərbaycan Hava Yolları QSC-nin (AZAL) “Airbus” hava gəmisinin kapitanıdır.

Other news