Türkiyə Mərkəzi Bankı faizləri azaltdı

16:44 - 22.09.2022


22 sentyabr, Fineko/abc.az. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, TCMB faizini 100 bənd azaldaraq 13 faizdən 12 faizə endirib. 

Qeyd edək ki, bazarlarda TCMB-nin faizini 50 band azaldacağı gözlənilirdi.

Bütün dünyada mərkəzi banklar faiz artırarkən, TCMB keçən ay da gözlənilməz faiz endirimi qərarı vermiş və faizini 14 faizdən 13 faizə endirmişdi.

ABŞ Mərkəzi Bankının (FED) faiz qərarından sonra dollar güclənir, inkişaf etməkdə olan ölkələrin valyutalarının dollar qarşısında ucuzlaşırlar. 2021-ci ilin dekabrında 18,3633 səviyyəsini keçərək rekord səviyyəyə çatan USD/TL məzənnəsi bu gün 18.3809 səviyyəsini test edərək rekord yeniləmişdi.

Other news