S&P Almaniyanın kredit reytinqini təsdiqləyib

11:06 - 26.09.2022


26 sentyabr, Fineko/abc.az. Beynəlxalq kredit reytinq agentliyi Standard & Poor's (S&P) Almaniyanın kredit reytinqinin təsdiqləndiyi bildirilib.

ABC.AZ xəbər verir ki, kredit reytinq agentliyi Almaniyanın uzun və qısamüddətli xarici valyuta və yerli valyutada kredit reytinqlərinin “AAA/A-1+” olaraq təsdiqləndiyi bildirilib.

Açıqlamada ölkənin kredit reytinqi üzrə proqnozunun "stabil" olaraq qaldığı, qarşıdakı iki ildə nüfuzunun pisləşməsinin qarşısını alacağı bildirilib.

Açıqlamada Almaniya iqtisadiyyatının önümüzdəki bir neçə ayda tənəzzülə doğru getdiyi və real ümumi daxili məhsulun (ÜDM) 2023-cü ilə qədər 0,3 faiz azalması gözlənildiyi qeyd edilib.

Other news