Azərbaycanda bu sektorda çalışanların sayı artıb

15:40 - 26.09.2022


26 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank 31 avqust 2022-ci il tarixinə olan hesabatı açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə fəaliyyət göstərən 26 bankın filiallarının sayı 483, şöbələrinin sayı 94, ATM-lərin sayı 2960 olub.

Hesabat ayında bank sektorunda çalışanların sayı 1% (218 nəfər) artaraq 21947 nəfər təşkil edib.

Ümumilikdə, cari ilin 8 ayında bank sektorunun işçi sayı 8% və ya 1618 nəfər artıb.

Müəllif: Elmir Murad

Other news