Banklarda vaxtı keçmiş kreditlər artıb, ya azalıb?

16:04 - 26.09.2022


26 sentyabr, Fineko/abc.az. Bankların kredit portfeli avqust ayında 0.8% (151.2 mln. manat) artaraq 18,638.6 mln. manat olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bəhs olunan dövrdə bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56.3% (10,492 mln. manat) təşkil edib.

Ümumilikdə, cari ilin 8 ayında bankların kredit portfeli 11.9% və ya 1,979.5 mln. manat artıb.

Sözügedən dövrdə cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.4% təşkil edib.

Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0.8 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalıb.

 

Other news