Emin Ağalarov bir restoran açılışına 8 812 096 AZN xərcləyir

17:29 - 26.09.2022


26 sentyabr, Fineko/abc.az. Xalq artisti Emin Ağalarov Moskvada bir restoran açmaq üçün 100-300 milyon rubl (2 937 365 – 8 812 096 AZN) pul xərclədiyini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə o, “Kompaniya” jurnalına müsahibəsində danışıb.

O qeyd edib ki, layihənin başlanmasına orta hesabla 100-300 milyon rubl (2 937 365 – 8 812 096 AZN) pul ayırır.

"Ümumiyyətlə, mən layihələrin sıfırdan açılmasının tərəfdarıyam - sən konsepsiyanı düşünürsən, ruhunu, gücünu qoyursan - bu, çox maraqlı prosesdir”, - Ağalarov qeyd edib.

Xalq artisti qeyd edib ki, hazırda Bakıda 10-dan çox restoranı fəaliyyət göstərir.

O, həmçinin Dubayda da restoran biznesinə başlamaq istədiyini bildirib.

Müəllif: Elmir Murad

Other news