Səfərbərlikdən sonra Moskvada kirayə mənzillərə tələbat azalıb

11:03 - 27.09.2022


27 sentyabr, Fineko/abc.az. Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Moskvada mənzillərin kirayəsi üçün müraciətlər əvvəlki həftə ilə müqayisədə azalıb.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva və Sankt-Peterburqda kirayə mənzillərə tələbat sentyabrın əvvəlinə nisbətən 10%, keçən ilin eyni dövrü ilə müqayisədə isə 15% azalıb.

Sentyabrda azalma 2022-ci ilin fevral ayının sonunda, Ukraynada hərbi əməliyyatların başlanmasından sonra Moskvada mənzil kirayəsinə tələbin həftə ərzində 14% azaldığı bazar reaksiyası ilə müqayisə edilə bilər.

Paytaxtda dəbdəbəli daşınmaz əmlaka tələbat daha çox azalıb.

Bu seqmentdə tələb 50% çöküb. Eyni bazar reaksiyası 2020-ci ildə, COVID-19 pandemiyasının başlanğıcında müşahidə edilmişdi.

Other news