Azərbaycanın sığorta sektorunun xalis mənfəəti bu qədər artıb

15:53 - 27.09.2022


27 sentyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 73 milyon 481,4 min manat təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 1,7 dəfə çoxdur.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, hesabat dövründə sığorta sektorunun gəlirləri 2021-ci ilin birinci yarısı ilə müqayisədə 11,3% - 431,212 milyon manata qədər azalıb.

Sığorta haqları 8,2% - 503 milyon 985,2 min manata qədər artıb, xalis mənfi sığorta ehtiyatları bir il əvvələ olan 47 milyon 603,9 min manata qarşı 118 milyon 930,7 min manat təşkil edib.

 

Other news