Neft ötən həftə yüksələndən sonra ucuzlaşır, Brent bir barrel başına $96,97 təşkil edir

09:30 - 10.10.2022


10 oktyabr, Fineko/abc.az. Ötən həftənin yekunları üzrə artım 15%-dən çox olduqdan sonra bazar ertəsi günü baş tutan ticarətdə etalon markaların qiymətləri azalır.

London ICE Futures birjasında Brent neftinin dekabr fyuçerslərinin qiyməti saat 09:13-də $0,95 (0,97%) - barrel başına $96,97-ə düşdü. Oktyabrın 7-də baş tutan hərracların nəticələrinə görə, bu müqavilələr $3,50 (3,69%), barrel başına $97,92-ə qədər bahalaşıb.

Saat 09:14-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin noyabr fyuçersi $0,87 (0,94%) - barrel başına $91,77-ə düşdü. Hərracların nəticələrinə görə, oktyabrın 7-də bu müqavilələrin dəyəri $4,19 (4,74%), barrel başına $92,64-ə yüksəldi.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 15,01%, WTI -16,54% bahalaşıb.


Other news