Neft ucuzlaşır, Brent barrel başına $95,78 təşkil edir

09:30 - 11.10.2022


11 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən sessiyanın nəticələrinə görə düşdükdən sonra çərşənbə axşamı ticarətində azalır.

London ICE Futures birjasında Brent neftinin dekabr ayı üzrə fyuçerslərinin qiyməti saat 09:18-də $0,41 (0,43%) - barrel başına $95,78-ə düşüb. Ticarətin nəticələrinə görə, oktyabrın 10-da bu müqavilələr $1,73 (1,77%), barrel başına $96,19-a qədər ucuzlaşıb.

Saat 09:18-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin noyabr fyuçersi $0,53 (0,58%) - barrel başına $90,60-a düşdü. Oktyabrın 10-da hərracların nəticələrinə görə, bu müqavilələrin dəyəri $1,51 (1,63%), barrel başına $91,13-ə qədər azalıb.


Other news