Türkiyə şirkəti Azərbaycanda rəqəmsal ödəniş xidmətini istifadəyə verdi

10:46 - 12.10.2022


12 oktyabr, Fineko/abc.az. Türkiyənin "Koç" qrupunun şirkətlərindən olan "Token Azərbaycan" MMC rəqəmsal ödəniş xidmətini istifadəyə verib.

ABC.AZ xəbər verir ki, ödəniş xidməti Odero markası ilə təqdim edilir.

Qeyd edək ki, Odero - Virtual POS, Linklə Ödəniş, Kart Yadda Saxlama, Elektron Pul Kisəsi və İnnovativ Onlayn Mağaza xidmətlərini təklif edir.

Odero Virtual POS ilə veb-saytınızda 7/24 istənilən debet və kredit kartı ilə asanlıqla ödəniş qəbul edə bilərsiniz.

Oderonun Linklə Ödəniş xidmətinə qoşulmaqla heç bir inteqrasiyaya ehtiyac olmadan tək linklə istənilən yerdən ödəniş qəbul etmək mümkündür.

 

Other news