Avro zonasında sənaye istehsalı gözləntiləri üstələyib

15:49 - 12.10.2022


12 oktyabr, Fineko/abc.az. Avrozonada sənaye istehsalı avqustda iyul ayı ilə müqayisədə 1,5 faiz, 2021-ci ilin avqust ayı ilə müqayisədə isə 2,5 faiz artıb.

ABC.AZ xəbər verir ki, Avrozonada sənaye istehsalı üzrə gözlənti aylıq 0,7 faiz, illik bazda isə 1,5 faiz olub.

Avqust ayında Avrozonada sənaye istehsalı əvvəlki ayla müqayisədə 1,5 faiz artıb.

Qeyd edək ki, Avropa Statistika İdarəsi (Eurostat) avqust ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üçün mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.

Müvafiq olaraq, 19 üzvlü Avrozonada sənaye istehsalı avqust ayında iyul ayına nisbətən yüzdə 1,5, 2021-ci ilin avqust ayına görə isə yüzdə 2,5 artıb. Avro Bölgəsi gözləntiləri aylıq 0,7 faiz, illik proqnoz isə 1,5 idi.

 

Other news