Ötən ay Azərbaycanda gündəlik neft hasilatı nə qədər olub?

14:18 - 17.10.2022


17 oktyabr, Fineko/abc.az. Azərbaycan Energetika Nazirliyi ölkənin gündəlik neft hasilatının həcmi barədə məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən xəbərdə qeyd edilib ki, 2022-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 654 min barrel olub.

Bunun 543 min barrelini xam neft, 111 min barrelini isə kondensat təşkil edib.

Other news