Neft bahalaşır, Brent barrel başına $90,40 təşkil edir

09:30 - 19.10.2022


19 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri 2 həftədən çox müddətə minimum səviyyəyə düşdükdən sonra çərşənbə günü ticarətində artmaqdadır.

London ICE Futures birjasında Brent neftinin dekabr fyuçerslərinin qiyməti saat 09:22-də $0,37 (0,41%) - barrel başına $90,40-a yüksəldi. 18 oktyabrda baş tutan ticarətin nəticələrinə görə, bu müqavilələr $1,59 (1,74%), barrel başına $90,03-ə qədər ucuzlaşıb.

Saat 09:22-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin noyabr fyuçers 0,78 (0,94%) - barrel başına $83,60-a yüksəldi. Oktyabrın 18-də hərracların nəticələrinə görə, bu müqavilələrin dəyəri $2,64 (3,09%), barrel başına $82,82-ə düşüb.


Other news