Neft bahalaşır, Brent barrel başına $93,09 təşkil edir

09:45 - 20.10.2022


20 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı ticarətində artmaqda davam edir.

London ICE Futures birjasında Brent neftinin dekabr fyuçerslərinin qiyməti saat 09:30-da $0,68 dollar (0,74%) - barrel başına $93,09-a yüksəldi. Oktyabrın 19-da baş tutan hərracların nəticələrinə görə, bu müqavilələr $2,38 (2,64%), barrel başına $92,41-ə qədər bahalaşıb.

Saat 09:30-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftin noyabr fyuçersi $1,24 (1,45%) - barrel başına $86,79-ə yüksəldi. Oktyabrın 19-da baş tutan hərracların nəticələrinə görə, bu müqavilələrin dəyəri $2,73 (3,30%), barrel başına $85,55-ə qədər artıb.

Noyabr ayının WTI fyuçerslərinin qüvvədə olma müddəti cümə axşamı ticarətinin bağlanması ilə başa çatır. WTI neftinin dekabr müqavilələri $1,19 (1,41%) - barrel başına $85,71-ə yüksəldi.

Other news