Qusarda dövlət sərhədini pozmağa cəhd göstərən silahlı şəxs zərərsizləşdirilib

23:26 - 5.06.2018


5 iyun, Fineko/abc.az.  İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilmişdir.

Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilmişdir.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülmüşdür.

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.

Other news