Bir ildən sonra Şuşaya səfərlər xeyli asanlaşacaq - Ərdoğan

16:25 - 21.10.2022


21 oktyabr, Fineko/abc.az. Zəngilan və digər hava limanlarının açılması ilə Türkiyə vətəndaşlarının Qarabağa səfər etməkləri mümkün olacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

ABC.AZ xəbər verir ki, türkiyəli lider qeyd edib ki, həmin ərazilərdə nəqliyyat infrastrukturu tamamlanmaq üzrədir.

“Düşünürəm ki, bir ildən sonra Şuşaya səfərlər xeyli asanlaşacaq. İlham bəy dedi ki, gələn il üçün böyük vəsait ayırılıb. Türk şirkətlərimizin təmsilçiləri də deyirlər ki, planlar reallaşsa, 1-1,5 ilə burada işlər tamamlanacaq. Təbii ki, dəmir yolu ilə yanaşı, avtomobil yolları da var. Onları da tamamlamaqda qərarlıdırlar. Bu işləri bitirən kimi artıq Şuşaya yol açılacaq. Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq”, - deyə o bildirib.

Other news