Pakistan Milli Bankının Bakı filialı bütün depozitlər üzrə öhdəliyini yerinə yetirib

16:58 - 21.10.2022


21 oktyabr, Fineko/abc.az. Ləğvetmə prosesində olan Pakistan Milli Bankının Bakı filialı bütün müştərilərin depozitlər üzrə öhdəliyini yerinə yetirib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu  filialın baş menecerinin müavini Sahib Quliyev deyib.

O bildirib ki, müştərilərin bankda olan 0,5 milyon manat həcmində əmanətləri artıq geri qaytarılıb.

S.Quliyev qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə bankın ləğvetmə prosesi qaydalara uyğun olaraq davam etdirilir.

Hazırda əsas məsələlərdən biri bankın problemli kreditlərinin geri qaytarılmasının təmin edilməsidir: “Filialın problemli kreditlərinin həcmi 767 min manat təşkil edib.

Bu da 14-15 müştəri ilə bağlıdır. Kreditlərin geri qaytarılması ilə bağlı onlarla görüş keçirib, vəziyyəti izah edirik.

Ödəniş edə bilməyən müştərilərə müddəti artırırıq. Öhdəliyini yerinə yetirmək istəməyən müştərilərin isə girov əmlaklarını hərraca çıxaracağıq. Məsələn, İranın yuyucu toz istehsalı ilə məşğul olan şirkətinə aid torpaq sahəsini hərraca çıxarmağı planlaşdırırıq".

Other news