Neft ucuzlaşır, Brent barrel başına $92,69 təşkil edir

12:31 - 25.10.2022


25 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı ticarətində azalmaqdadır.

London ICE Futures birjasında Brent neftinin dekabr fyuçerslərinin qiyməti saat 11:47-də $0,57 (0,61%) - barrel başına $92,69-a düşdü. 24 oktyabrda baş tutan ticarətin nəticələrinə görə, bu müqavilələr $0,24 (0,26%), barrel başına $93,26-dək ucuzlaşıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti saat 11:47-də $0,47 (0,56%) - barrel başına $84,11-ə düşdü. 24 oktyabrda baş tutan ticarət nəticələrinə görə, bu müqavilələrin dəyəri $0,47 (0,55%), barrel başına $84,58-ə qədər azalıb.

Other news