Neft ucuzlaşır, Brent bir barel üçün $95 təşkil edir

09:50 - 31.10.2022


31 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri keçən həftəki artımdan sonra bazar ertəsi hərracda azalır.

London ICE Futures birjasında Brent neftinin dekanr fyuçersləri saat 09:40-da $0,77 (0,80%) - bir barelə $95-ə düşdü. Oktyabrın 28-də keçirilən ticarətin nəticələrinə görə, bu müqavilələr $1,19 (1,23%) ucuzlaşaraq bir barelə $95,77-a düşdü.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti  saat 09:40-da $0,61 (0,69%) - bir barelə $87,29-a düşdü. 28 oktyabr ticarətin nəticələrinə görə, bu müqavilələrin dəyəri $1,18 (1,33%) azalaraq bir barelə $87,90-a düşdü.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 2,43%, WTI neft isə 3,35% bahalaşıb.

Other news