Neft bahalaşır, Brent barel başına $95,78 dollar

09:00 - 2.11.2022


2 noyabr, Fineko/abc.az. Neftin etalon narkalarının qiymətləri çərşənbə günü ticarətdə artır.

London ICE Futures birjasında Brent neftinin yanvar fyuçerslərinin qiyməti saat 08:40-da $1,13 dollar (1,19%) - barel başına $95,78-a yüksəldi. 1 noyabr ticarətinin nəticələrinə görə, bu müqavilələr $1,84 (1,98%) artaraq bir barelə $94,65-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti saat 08:40-da $1,24 (1,40%) artaraq bir barelə $89,61-a çatdı. 1 noyabr ticarətinin nəticələrinə görə, bu müqavilələrin dəyəri $1,84 (2,13%) artaraq bir barelə $88,37-a çatdı.

Other news