Neft ucuzlaşır, Brent barel başına $95,78

08:50 - 3.11.2022


3 noyabr, Fineko/abc.az. Ötən gün qalxdıqdan sonra cümə axşamı ticarətində neftin etalon markalarının qiymətləri azalır.

London ICE Futures birjasında Brent neftinin yanvar fyuçerslərinin qiyməti saat 08:40-da $0,38 (0,40%) - bir barelə $95,78-a düşdü. Noyabrın 2-də keçirilən ticarətin nəticələrinə görə, bu müqavilələr $1,51 (1,60%) artaraq bir barelə $96,16 yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti saat 08:40-da $0,54 (0,60%) azalaraq bir barelə $89,46-a düşdü. 2 noyabr ticarətinin nəticələrinə görə, bu müqavilələrin dəyəri $1,63 (1,85%) artaraq bir barelə $90,00-a çatdı.

Other news