İlk üç rübdə Azəri-Çıraq-Günəşli üzrə fəaliyyətlərə bu qədər əməliyyat məsrəflər xərclənib

17:08 - 3.11.2022


3 noyabr, Fineko/abc.az. 2022-ci ilin ilk üç rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 337 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 204 milyon dollar əsaslı məsrəflər xərclənib.

ABC.AZ xəbər verir ki, bu barədə bp şirkətinin hesabatında qeyd edilib. Hesabata əsasən, üçüncü rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib.

Qazma modullarının üst tikililər blokuna inteqrasiyası işləri irəliləyib – modullu qazmaya dəstək modulu və qazma avadanlığı dəsti hər ikisi artıq istismar sınaqlarına təhvil verilib, qazma qurğusun sürüşdürülməsi əməliyyatları üzrə istismar sınaqları başlanıb.

Qeyd edək ki, bundan əvvəl 2350 tonluq modullu qazmaya dəstək modulu və çəkisi 2400 ton olan qazma avadanlığı dəsti təhlükəsiz şəkildə lazım olan hündürlüyə - təxminən 27 metr yüksəkliyə - qaldırılaraq uğurla göyərtənin üzərinə sürüşdürülmüşdü.

Other news