Neft bahalaşır, Brent bir barelə $95,56 təşkil edir

08:51 - 4.11.2022


4 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü səhər keçirilən ticarətində yüksəlir.

London ICE Futures birjasında Brent neftinin yanvar fyuçerslərinin qiyməti saat 08:45-də $0,89 (0,94%) - bir barelə $95,56-a yüksəldi. Noyabrın 3-də keçirilən ticarətin nəticələrinə görə, bu müqavilələr $1,49 (1,55%) ucuzlaşaraq bir barelə $94,67-a düşdü.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti saat 08:45-də $0,92 (1,04%) artaraq bir barelə $89,09-a çatdı. 3 noyabr ticarətinin nəticələrinə görə, bu müqavilələrin dəyəri $1,83 (2,03%) azalaraq bir barelə $88,17-a düşdü.

Bu həftə ərzində hər iki marka artıq 2,96% bahalaşıb.

Other news