Ceyhan limanına 5000-ci neftlə yüklənmiş tanker yola salınıb

10:37 - 4.11.2022


4 noyabr, Fineko/abc.az. 2022-ci ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 74 milyon  dollar, əsaslı xərclərə isə 17 milyon dollar vəsait xərclənib.

ABC.AZ xəbər verir ki, bu bp şirkətinin hesabatında öz əksini tapıb.

Hesabaata əsasən, martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd edib.

2022-ci ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 524 milyon tondan çox (3,93 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5163 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İlk doqquz ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton (təxminən 164 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 224 tankerə yüklənmiş və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

 

Other news