Azərbatcanın 17 milyard manata yaxın borcu var

12:34 - 4.11.2022


4 noyabr, Fineko/abc.az. 2022-ci il 1 iyul tarixi vəziyyətinə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16 milyard 928,5 milyon manat ekvivalentində və ya ÜDM-in 14,7 faizini təşkil edib.

ABC.AZ Maliyyə nazirliyinə istinadən xəbər verir ki, məcmu dövlət borcunun 13 milyard 400 milyon manatı (7 milyard 882,3 milyon ABŞ dolları) və ya 79,2 faizi xarici dövlət borcunun, 3 milyard 528,5 milyon manatı və ya 20,8 faizi daxili dövlət borcunun payına düşür.

Other news