Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

14:06 - 4.11.2022


4 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı qəbul edib.

ABC.AZ xəbər verir ki, görüşdə nəqliyyat əlaqələrinin inkişafı baxımından Zəngəzur dəhlizinin əhəmiyyəti qeyd olundu.

Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırmasının önəmi xüsusi olaraq vurğulandı, ticarət dövriyyəsinin artdığı, energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Qaz ixracı məsələsinə toxunularaq Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd edildi, bu dəhlizin ixrac imkanlarının genişləndirilməsinin önəmi vurğulandı.

Eyni zamanda, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin Şuşaya planlaşdırılan səfərini alqışladığını bildirdi.

 

Other news