Bayden “Twitter”in Mask tərəfindən alınmmasına niyə bu qədər narahatdır?

12:14 - 5.11.2022


5 noyabr, Fineko/abc.az. ABŞ Prezidenti Co Bayden “Twitter” kompaniyasının sahibkar İlon Mask tərəfindən alınmasından narahat olduğunu, eyni adlı sosial şəbəkənin "bütün dünyaya yalanlar püskürən" bir alət olduğunu söyləyib.

ABC.AZ-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Ağ evin başçısı bunu Çikaqo şəhərində (İllinoys ştatı) keçirilən seçkiqabağı tədbirdə çıxış edərkən bildirib.

"Hazırda hamımızı narahat edən budur: İlon Mask bütün dünyaya yalanlar yayan, püskürən bir alət götürür və satın alır. . Amerikada artıq redaktorlar yoxdur", - Co Bayden çıxışında belə deyib.

İlon Mask “Twitter”i 44 milyard dollara almaq barədə müqaviləni oktyabrın 27-də bağlayıb.

Sosial şəbəkənin yeni sahibinin istifadəçiləri həmişəlik bloklamaq praktikasına son qoyacağı gözlənilir.

O, həmçinin kontentin moderasiyası məsələsini araşdıracaq xüsusi şura yaratdığını elan edib.

 

Other news