Qiymətli kağızlara investisiyaları azalan banklar

13:22 - 5.11.2022


5 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 22-nin bu il və ötən il oktyabrın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 7-də fond bazarına investisiyaların illik dinamikası mənfi olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, həmin banklar “Azər-Türk Bank”, “Rabitəbank”, “AFB Bank”, “Express Bank”, “Zıraat Bank Azərbaycan”, “Bank Respublika” və “Bank of Baku” ASC-lərdir. Ən çox azalma "Bank of Baku”da (42,4%), ən az azalma isə “Azər-Türk Bank”da (1,8%) qeydə alınıb.

15 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar “Naxçıvan Bank”, “Bank Avrasiya”, “Kapital Bank”, “Bank BTB”, “Bank VTB Azərbaycan”, “Turan Bank”, “Yelo Bank”, “Xalq Bank”, “Unibank”, “Azərbaycan Beynəlxalq Bankı” və “PAŞA Bank” ASC-lər, “Yapı Kredi Bank” və “Access Bank” QSC-lər, Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır. Ən yüksək dinamika "Naxçıvan Bank”da (3,6 dəfə), ən aşağı dinamika isə “PAŞA Bank”da (10,9%) qeydə alınıb.

4 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lər son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

 

Other news