Dünya brendlərinin sahibləri oktyabrda sərvətlərini bu qədər artırıb - Siyahı

10:50 - 10.11.2022


10 noyabr, Fineko/abc.az. Ötən ay ABŞ milyarderləri üçün son 46 ilin ən gəlirli ayı olub.

ABC.AZ xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Məlumata görə, oktyabrda 26 amerikalı milyarderin hər biri ən azı 1 milyard dollar qazanıb.

Ötən ay ən çox pul qazanan “Oracle IT Corporation”ın həmtəsisçisi, sədri və texniki direktoru Larri Ellison olub.

Onun sərvəti cəmi bir ay ərzində 16,6 milyard dollar artıb.

“American Express”, “Coca-Cola” və “Chevron” kimi şirkətlərdə pay sahibi olan əfsanəvi investor Uorren Baffet oktyabrda 8,9 milyard dollar qazanıb.

Sözügedən ayda ayaqqabı və idman geyimləri istehsalçısı “Nike” şirkətinin qurucusu Fil Naytın da sərvəti 2,9 milyard dollar artırıb.

Müəllif: Elmir Murad

Other news