"Nissan Motor"un mənfəəti kəskin azalıb -61,8 faiz kiçilmə var

11:23 - 10.11.2022


10 noyabr, Fineko/abc.az. "Nissan Motor" 2023-cü ilin martayında başa çatacaq 2022-ci maliyyə ili üçün xalis mənfəət proqnozunu yuxarıya doğru yeniləyib.

ABC.AZ xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı "Nissan Motor" aprel-sentyabr dövrü balans hesabatı məlumatlarını və 2022-ci maliyyə ili proqnozlarını açıqlayıb.

"Nissan"ın ilk 6 ayda xalis mənfəəti ötən maliyyə ilinin eyni dövrü ilə müqayisədə 61,8 faiz azalaraq 64,4 milyard yenə (440 milyon dollar) düşüb.

Rusiya əməliyyatlarının dayandırılması və bu ölkədən çıxmasının təsirləri Yapon şirkətinin xalis mənfəətinin azalmasına səbəb olub.

Other news