Ötən ayda yeyinti məhsulları üzrə ixrac 73 milyon ABŞ dolları təşkil edib

14:36 - 10.11.2022


10 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “İxrac icmalı”nın noyabr sayında bəzi iqtisadi nüanslara aydınlıq gətirilib.

ABC.AZ-ın məlumatına görə, sözügedən sayda 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,5%-ini təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% artıb.

2022-ci ilin oktyabr ayı üzrə ixrac 5,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 269,1 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 73 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 17,5% artaraq 196,2 milyon ABŞ dollarına bərabər olub.

Other news