Bakı-Gəncə-Bakı qatarına onlayn bilet satışı dayandırılacaq

16:14 - 10.11.2022


10 noyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) informasiya sistemləri və resurslarının “Hökumət buludu”na miqrasiyası nəzərdə tutulur.

QSC-dən ABC.AZ-a daxil olan məlumata görə, bu keçid prosesi ilə bağlı 2022-ci il 11 noyabr saat 19:00-dan 14 noyabr saat 00:00-dək Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı texniki səbəblərdən dayandırılacaq.

Qeyd olunan tarixlər üçün öncədən alınmış onlayn biletlər qüvvədə qalacaq və sərnişinlər həmin biletlə səyahət edə biləcəklər.

Sözügedən tarixlərdə biletlərin satışı yalnız dəmir yolu stansiyalarının bilet satışı kassalarında həyata keçiriləcəkdir. Kassalarda biletlərə dair ödənişin nağd, eyni zamanda nağdsız qaydada aparılması mümkündür. Onlayn şəkildə alınmış biletlərin həmin tarixlərdə geri qaytarılması yalnız bilet satışı kassalarında (Bakı sərnişin, Biləcəri, Yevlax, Goran, Gəncə stansiyalarında) həyata keçirilə bilər. Biletlərin geri qaytarılması ilə əlaqədar biletlə bağlı ödənilmiş məbləğ onlayn bilet satışı bərpa olunduqdan sonra müəyyən olunmuş müddət ərzində sərnişinin ödənişi həyata keçirdiyi bank hesabına köçürüləcək.

Other news