Çində əhali bir gündə 156 milyard dollardan çox alış-veriş edib

11:58 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. Çində bir gündə onlayn bazarlar və canlı yayım platformaları alış-veriş festivalı zamanı 1,1 trilyon yuan (156,9 milyard dollar) satış ediblər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən tarix Çində Subaylar Günü kimi qeyd olunur və həmin gün çinlilər alış-verişə böyük əhəmiyyət verirlər.

Məlumata görə, Subaylar Günü Çində hər il noyabrın 11-də qeyd olunur.

Alış-veriş festivalı isə  1-11 noyabr tarixlərində davam edir.

Bu il ən çox məişət texnikası, mobil telefonlar və rəqəmsal avadanlıqlar, geyim, fərdi qulluq məhsulları və kosmetika, kişi və qadın ayaqqabı və çantaları, qida və içkilər, mebel və tikinti materialları, körpələr üçün oyuncaqlar və analar üçün məhsullar alınıb.

Çində ölkənin aparıcı e-ticarət şirkətləri (Alibaba, JD.com və s. ) onlayn alış-veriş festivalı üzrə satış rəqəmlərini məxfi saxlamağa qərar veriblər.

 

Other news