“Unibank”ın nizamnaməsinə dəyişiklik ediləcək

16:27 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. “Unibank” ASC-nin səhmdarlarının dekabrın 6-da, saat 15:00-da növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ banka istinadla xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisdə baş tutacaq.

Yığıncağın gündəliyinə "Unibank"ın nizamnaməsinə, strukturuna və idarəetmə orqanlarının tərkibinə dəyişiklik edilməsi, eləcə də səhmlərinin bir hissəsinin geri alınması məsələləri daxildir.

Other news