12:39 - 15.11.2022
15 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, noyabrın 15-də valyuta hərracında 76,2 milyon dollar satılıb ki, bu da ötən hərracda olduğundan 53,4 milyon dollar və ya 3,34 dəfə (234,21%) çoxdur. Noyabrın 10-da keçirilən hərracda Mərkəzi Bank banklara 22,8 milyon dollar dəyərində valyuta satdı.
"Bankların valyuta hərracında tələbi 76,2 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda tələbin əvvəlki hərraclarla müqayisədə nisbətən yüksək olması ötən həftə bayram günləri ilə əlaqədar qrafik üzrə nəzərdə tutulmuş iki hərrac əvəzinə yalnız bir hərracın keçirilməsi səbəbindən toplanmış tələblə əlaqədardır", - AMB-nin məlumatında deyilir.
Hərracın yekununda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
16 April 2024
16 April 2024
16 April 2024
16 April 2024
16 April 2024
15 April 2024
15 April 2024
15 April 2024
15 April 2024
15 April 2024