"AzerGold" QSC gəlirlərini açpqladı - Hesabat

10:07 - 16.11.2022


16 noyabr, Fineko/abc.az. "AzerGold" QSC 2021-ci ildə qızıl və gümüş satışından əldə etdiyi gəlirlərini açıqlayıb.

ABC.AZ Şirkətə istinadən xəbər verir ki, dövlət şirkəti 2021-ci ildə qızıl külçələrin satışından 107 milyon 514 min dollar, gümüş külçələrin satışından 3 milyon 334 min dollar, digər materialların satışından 1 milyon 226 min dollar gəlir əldə edib.

Ötən il şirkətin satışdan cəmi gəliri 112 milyon 74 min dollar təşkil edib.

Qeyd edək ki, "AzerGold"  2020-ci il də qızıl satışından 107 milyon 659 min dollar, gümüş satışından 2 milyon 545 min dollar olmaqla cəmi 110 milyon 204 min dollar cəmi gəlir əldə etmişdi.

 

Other news