Onlar təhsil haqqından azad oluna bilər - Təklif

15:01 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi, bu gün Milli Məclisin iclas keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda deputat Aqiyə Naxçıvanlı maraqlı təkliflə çıxış edib.

O, qeyd edib ki, Azərbaycanda şəhid ailələrinin övladları təhsil haqlarından azad olunublar. "Yaxşı olar ki, bir sıra güzəştlər müharibə veteranlarının övladlarına da şamil edilsin. Müharibə veteranlarının övladları tam olmasa da, müəyyən qədər təhsil haqlarından azad edilməlidir”, - deyə Aqiyə Naxçıvanlı bildirib.

Millət vəkili onu da təklif edib ki, müharibə veteranlarına güzəştli ipotekalarla mənzil almaq hüququ verilməlidir.

Other news