Cari ildə balans kapitalı azalan banklar

15:07 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə balans kapitalı illik müqayisədə az olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “AFB Bank”, “Premium Bank” və “Bank BTB” ASC-lər, eləcə də Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma “Bank BTB”də (11,4%), ən az azalma isə “AFB Bank”da (2,3%) qeydə alınıb.

Qalan 21 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan” ASC-də (31,5%), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də (1,2%) qeydə alınıb.

 

Other news