Azərbaycana kərə yağı idxalı kəskin artıb - Gömrük Komitəsindən hesabat

15:57 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. 2022-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycana 89 milyon 400 min ABŞ dolları dəyərində 15 min 495 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

ABC.AZ xəbər verir ki, bu barədə

Dövlət Gömrük Komitəsinin aylıq məlumatında qeyd edilib.

Məlumata əsasən, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 2022-ci ilin 10 ayında 2021-ci ilin 10 ayı ilə müqayisədə dəyər ifadəsilə 24 milyon 826 min dollar və ya 38,4%, miqdar ifadəsilə 3 min 6 ton və ya 24% artıb.

Azərbaycana 2021-ci ilin 10 ayı ərzində 64 milyon 574 min dollar dəyərində 12 min 488 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi. 

Other news