“Unibank” dollar istiqrazları buraxır

14:42 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. “Unibank Kommersiya Bankı” ASC-nin Müşahidə Şurasının 25 oktyabr 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 12 000 ədəd sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb. 

ABC.AZ Banka istinadla xəbr verir ki, istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi tanınır və “Unibank”ın II dərəcəli kapitalının artırılması məqsədilə həyata keçirilir.

Emissiyanın həcmi 12 milyon ABŞ dollarıdır.

İstiqrazların illik faiz dərəcəsi 8% olmaqla, faiz ödənişi hər 90 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq həyata keçirilir. Tədavül müddəti 6 il olan istiqrazların əldə edilməsi üçün məhdudiyyətlər yoxdur.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Other news