“Alibaba” şirkəti üçüncü rübdə böyük məbləğdə zərər edib – Səbəb

15:02 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. Çinin e-ticarət nəhəngi “Alibaba” şirkəti barədə yeni xəbər var.

ABC.AZ-ın məlumatına görə, adıçəkilən şirkət bu ilin üçüncü rübdə 20,6 milyard yuan (2,89 milyard dollar) pul itirib.

İtki ilə bağlı korporasiya bəyanat yayıb. Şirkətin bəyanatında pul itkisi belə izah edilib: “Adi səhmdarlara aid edilən böyük xalis itki, ilk növbədə, digər amillərlə yanaşı, "şirkətimizin səhm investisiyaları üçün bazar qiymətlərinin azalması" ilə əlaqədardır”.

Bu arada, sentyabrın 30-da başa çatan üç ay ərzində satışlar illik müqayisədə 3 faiz artaraq 207,2 milyard yuana çatıb və şirkətin baş maliyyə direktoru Tobi Xu bildirib ki, yeni məhsullar üçün istehlakçı tələbinə təsirə baxmayaraq, buna nail olunub.

Müəllif: Elmir Murad

Other news