Neft bahalaşır, Brent $87,83/ barel təşkil edir

10:13 - 22.11.2022


22 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı günü zəif enişdən sonra yüksəlir.

London ICE Futures birjasında  Brent  neftinin yanvar fyuçerslərinin qiyməti saat 9:40-da bir barelə $87,83 təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanma qiymətindən $0,38  (0,43%) yüksəkdir. Bazar ertəsi ticarətinin nəticələrinə görə, bu müqavilələr $0,17 (0,19%), bir barel üçün $87,45-a qədər ucuzlaşdı.

Saat 9:40-da Nyu-York əmtəə birjasının (NYDEX) elektron ticarətində WTI nefinin yanvar ayı üçün neft fyuçerslərinin qiyməti $0,28 (0,35%) artaraq bir barel üçün $80,32-a yüksəldi. Əvvəlki hərracların bağlanması ilə bu müqavilələrin dəyəri $0,07 (0,09%) azalaraq bir barel üçün $80,04-a düşüb.

 

Other news