Banklar valyuta hərracında tələbi 13% artırıblar

12:45 - 22.11.2022


22 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, noyabrın 22-də keçirilən valyuta hərracında 48,1 milyon dollar satılıb ki, bu da keçmiş hərracdan 5,5 milyon dollar (12,91%) çoxdur. Noyabrın 17-də keçirilən hərracda Mərkəzi Bank banklara 42,6 milyon dollar dəyərində valyuta satıb.

"Valyuta hərracında banklardan tələb 48,1 milyon dollar təşkil edib və tam təmin olunub", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Other news